Şahmatçımızın Veyk-an-Zee turnirində ikinci heç-heçəsi

Xəbərlər
19 Yanvar 2025 19:56
37
Şahmatçımızın Veyk-an-Zee turnirində ikinci heç-heçəsi

Niderlandın Veyk-an-Zee şəhərində "Tata Steel Chess" beynəlxalq şahmat turniri davam edir.

İdman.biz xəbər verir ki, azərbaycanlı qrossmeyster Aydın Süleymanlı "Challengers" yarışının ikinci turunda yerli şahmatçı Artur Payperslə heç-heçə oynayıb.

Bu, şahmatçımızın ardıcıl ikinci heç-heçəsidir - bir gün əvvəl o, Niderlandın digər təmsilçisi Bencamin Bokla xalı yarı bölüb.

İki turdan sonra Süleymanlının bir xalı var.

İkinci turun oyunları davam edir.

İdman.biz