Niderlandın Veyk-an-Zee şəhərində "Tata Steel Chess" beynəlxalq şahmat turniri davam edir.
İdman.biz xəbər verir ki, Aydın Süleymanlı “Challengers” yarışının üçüncü turunda ilk qələbəsini qazanıb.
Azərbaycanlı qrossmeyster hindistanlı Divya Deşmuxa qalib gəlib.
Süleymanlı 4-cü turda Çexiya təmsilçisi Tai Nquyen ilə qarşılaşacaq. Əvvəlki oyun günlərində o, niderlandlı şahmatçılar Artur Paypers və Bencamin Bok ilə heç-heçə oynayıb.
Qeyd edək ki, üç turdan sonra təmsilçimizin iki xalı var. Süleymanlı liderlərdən yarım xal geri qalaraq dördüncü yerdədir.
İdman.biz