Şahmatçımız Çin təmsilçisi ilə heç-heçə edib

Xəbərlər
29 Yanvar 2025 10:11
101
Şahmatçımız Çin təmsilçisi ilə heç-heçə edib

Niderlandın Veyk-an-Zee şəhərində bir günlük fasilədən sonra "Tata Steel Chess" turniri davam edir.

İdman.biz xəbər verir ki, IX turda hesabında üç qələbə olan Azərbaycan şahmatçısı Aydın Süleymanlı çinli Lu Miaoyi ilə heç-heçə oynayıb.

Süleymanlı 5,5 xal toplayıb və 4-cü yerdədir. Hesabında 6,5 xal olan Tay Nquyen (Çexiya) liderdir.

İdman.biz