Karlsen 14 yaşlı şahmatçıya uduzub

Xəbərlər
29 Yanvar 2025 11:03
111
Karlsen 14 yaşlı şahmatçıya uduzub

Şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen “Title Tuesday” onlayn turnirində gözlənilmədən 14 yaşlı şahmatçıya məğlub olub.

İdman.biz xəbər verir ki, 2-ci turda ağlarla oynayan rusiyalı David Axmedov 34 yaşlı norveçliyə qalib gəlib.

Karlsen 2831 xalla şahmatçıların dünya reytinqinə başçılıq edir, Axmedovun isə 2368 xalı var.

İdman.biz

Məqalədə: