Şəhriyar Məmmədyarov “20-liy”ə qayıdıb – FİDE REYTİNQİ

Xəbərlər
31 Yanvar 2025 17:32
151
Şəhriyar Məmmədyarov “20-liy”ə qayıdıb – FİDE REYTİNQİ

FİDE şahmatçıların fevral üçün dünya reytinqini dərc edib.

İdman.biz xəbər verir ki, siyahıda Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir.

Bir pillə irəliləyən qrossmeysterimiz 2731 xalla 20-cı pillədə qərarlaşıb. Teymur Rəcəbov (2698) 32-ci sıradakı mövqeyini qoruyub. İki pillə irəliləyən Rauf Məmmədov (2656) 71-cidir.

Cədvələ 2833 xalla norveçli Maqnus Karlsen başçılıq edir.

Qadınların cədvəlində təmsilçilərimizdən ən yaxşı göstəriciyə Günay Məmmədzadə imza atıb. İki pillə irəliləyən şahmatçı 2412 xalla 36-cı yerdədir. Bir pillə irəliləyən Gövhər Beydullayeva (2404) 41-ci yerə yüksəlib. Ülviyyə Fətəliyeva (2381) 64-cü pillədəki mövqeyini qoruyub. Xanım Balacayeva (2355) 1 pillə geriləyərək 89-cu olub.

Qadınların reytinq cədvəlinə çinli Yufan Hu başçılıq edir – 2633 xal.

İdman.biz