Süleymanlı "Tata Steel Chess"in lideridir

Xəbərlər
2 Fevral 2025 09:50
108
Süleymanlı "Tata Steel Chess"in lideridir

Niderlandın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" turniri başa çatmaq üzrədir.

İdman.biz xəbər verir ki, 12-ci turda Azərbaycan şahmatçısı Aydın Süleymanlı Frederik Sveynə (Almaniya) qalib gəlib.

Bu, idmançımızın yarışda 6-cı qələbəsidir. 8,5 xal toplayan Aydın əlavə göstəricilərdə rəqiblərini qabaqlayaraq birinci yeri tutub.

İdman.biz