Şahmat üzrə kişilər arasında Azərbaycan çempionatında ilk 1/8 finalçılar məlum olub.
İdman.biz xəbər verir ki, 1/16 final mərhələsinin ikinci oyunlarında Süleyman Süleymanlı Nicat Məmmədov partiyasında ilk gedişi gənclər və idman naziri Fərid Qayıbov edib.
Hər iki görüşündə Paşam Əlizadəni məğlub edən Eltac Səfərli adını növbəti mərhələyə yazdırıb.
Kənan Qarayevi üstələyən Vüqar Əsədli 1/8 finalda mübarizəni davam etdirmək imkanı qazanıb – 1,5:0,5.
Hər iki partiyada Ümid Aslanova qalib gələn Məhəmməd Muradlı, eyni zamanda Xəzər Babazadəni məğlub edən Fərid Abbasov növbəti mərhələyə vəsiqə əldə edib.
1/16 finalda Murad İbrahimlidən güclü olan Əhməd Əhmədzadə, həmçinin iki oyunun nəticəsinə görə Vüqar Manafovu üstələyən Misrətdin İskəndərov mərhələ adlayıb. Read Səmədov - Şiroğlan Talıbov duelində birinci qalib gələrək 1/8 finalda yarışmaq imkanı qazanıb 1,5:0,5.
Qeyd edək ki, Nicat Məmmədov - Süleyman Süleymanlı, Azər Mirzəyev - Vüqar Rəsulov və Namiq Quliyev - Rəhim Qasımov partiyalarında bərabərlik qeydə alındığından qalib tay-brekdə müəyyənləşəcək.
İdman.biz