Bu gün qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatı start götürür.
İdman.biz xəbər verir ki, yarışda 16 şahmatçı nokaut sistemi ilə çıxış edəcək.
Onların arasında aparıcı oyunçular, o cümlədən Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və başqaları var.
Bu gün onlar 1/8 final mərhələsinin ilk oyunlarını keçirəcəklər.
Rəqiblər fiqurlarda rəng dəyişikliyi edərək iki oyun keçirəcək və lazım olduqda taybreyk də oynayacaqlar.
1/8 final
İlk oyunlar
Lalə Hüseynova – Günay Məmmədzadə
Gövhər Beydullayeva – Səbinə Rzalı
Məryəm Ağaverdiyeva – Ülviyyə Fətəliyeva
Xanım Balacayeva – Ləman Hacıyeva
Mələk İsmayıl – Gülnar Məmmədova
Ayan Allahverdiyeva – Zeynəb Məmmədyarova
Nərmin Kazımova – Türkan Məmmədyarova
Nərmin Abdinova – Səbinə İbrahimova
İdman.biz