Məmmədyarov, Rəcəbov, Məmmədov və Süleymanlı 1/4 finalda - FOTO

Xəbərlər
6 Fevral 2025 09:52
142
Məmmədyarov, Rəcəbov, Məmmədov və Süleymanlı 1/4 finalda - FOTO

Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında ilk dörddəbir finalçılar müəyyənləşib.

İdman.biz xəbər verir ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov və Aydın Süleymanlı 1/8 final mərhələsini uğurla keçiblər.

1/4 finalın qalan iştirakçıları tay-brekdən sonra müəyyənləşəcək. Bu gün Misrətdin İskəndərov - Nicat Abasov, Vasif Durarbəyli - Əhməd Əhmədzadə, Vüqar Əsədli -Eltac Səfərli və Məhəmməd Muradlı - Nicat Məmmədov görüşlərində qaliblər bəlli olacaq.

Qeyd edək ki, çempionat nokaut sistemi üzrə keçirilir. Rəqiblər fiqurlarda rəng dəyişikliyi edərək iki oyun keçirir və lazım olduqda tay-brek də oynayırlar.

1/8 final
Cavab oyunları

Fərid Abbasov – Şəhriyar Məmmədyarov - 0:1 (ümumi hesab 0:2)

Teymur Rəcəbov – Namiq Quliyev - 0,5:0,5 (1,5:0,5)

Vüqar Rəsulov – Rauf Məmmədov - 0:1 (0,5:1,5)

Aydın Süleymanlı – Read Səmədov - 0,5:0,5 (1,5:0,5)

Məhəmməd Muradlı – Nicat Məmmədov - 0:1 (1:1)

Vasif Durarbəyli – Əhməd Əhmədzadə - 0,5:0,5 (1:1)

Vüqar Əsədli – Eltac Səfərli - 0,5:0,5 (1:1)

Misrətdin İskəndərov – Nicat Abasov - 0,5:0,5 (1:1)

İdman.biz