Qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında ilk 1/4 finalçılar müəyyənləşib.
İdman.biz xəbər verir ki, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Zeynəb Məmmədyarova və Səbinə İbrahimova 1/8 final mərhələsini uğurla adlayıblar.
Daha iki cütlükdə tay-brek olacaq. Bu gün Lalə Hüseynova və Günay Məmmədzadə, həmçinin Nərmin Kazımova və Türkan Məmmədyarova kimin güclü olduğunu müəyyənləşdirəcəklər.
Qeyd edək ki, çempionat nokaut sistemi üzrə keçirilir. Rəqiblər fiqurlarda rəng dəyişikliyi edərək iki oyun keçirir və lazım olduqda tay-brek də oynayırlar.
1/8 final
Cavab oyunları
Lalə Hüseynova – Günay Məmmədzadə - 1:0 (ümumi hesab 1:1)
Gövhər Beydullayeva – Səbinə Rzalı - 1:0 (2:0)
Məryəm Ağaverdiyeva – Ülviyyə Fətəliyeva - 0:1 (0:2)
Xanım Balacayeva – Ləman Hacıyeva - 1:0 (2:0)
Mələk İsmayıl – Gülnar Məmmədova - 0:1 (0:2)
Ayan Allahverdiyeva – Zeynəb Məmmədyarova - 0,5:0,5 (0,5:1,5)
Nərmin Kazımova – Türkan Məmmədyarova - 0:1 (1:1)
Nərmin Abdinova – Səbinə İbrahimova - 0:1 (0,5:1,5)
İdman.biz