Bu gün şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın ilk qarşılaşmaları keçiriləcək.
İdman.biz xəbər verir ki, yarımfinala gedən yolda Şəhriyar Məmmədyarov Məhəmməd Muradlını sınağa çəkəcək.
Teymur Rəcəbovun rəqibi isə Vüqar Əsədli olacaq.
Qeyd edək ki, fevralın 15-də yekunlaşacaq çempionatda kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda 30 min manat təşkil edir.
Azərbaycan çempionatı
1/4 final
Kişilər
Şəhriyar Məmmədyarov - Məhəmməd Muradlı
Vüqar Əsədli - Teymur Rəcəbov
Rauf Məmmədov - Əhməd Əhmədzadə
Misrətdin İskəndərov - Aydın Süleymanlı
Qadınlar
Günay Məmmədzadə - Səbinə İbrahimova
Türkan Məmmədyarova - Gövhər Beydullayeva
Ülviyyə Fətəliyeva - Zeynəb Məmmədyarova
Gülnar Məmmədova - Xanım Balacayeva
İdman.biz