Finaldan əvvəl son tay-breklər

Xəbərlər
12 Fevral 2025 09:55
80
Finaldan əvvəl son tay-breklər

Bu gün şahmat üzrə Azərbaycan çempionatında yarımfinal tay-brekləri keçiriləcək.

İdman.biz xəbər verir ki, kişilərin yarışında Teymur Rəcəbov və Rauf Məmmədov finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

Onların iki klassik oyunu heç-heçə başa çatıb.

Cütün qalibi yarımfinalda Misrətdin İsgəndərovu iki dəfə məğlub edən Şəhriyar Məmmədyarova rəqib olacaq.

Qadınlarda isə hər iki finalçı tay-breklərdən sonra müəyyənləşəcək.

Günay Məmmədzadə Gülnar Məmmədovaya uduzduqdan sonra geridönüş edib və onlardan kimin güclü olduğu sürətli şahmatda bəlli olacaq.

Digər cütlükdə isə Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva iki dəfə bərabərə qalaraq mübarizəni bu gün də davam etdirəcəklər.

İdman.biz