Teymur Rəcəbov finala yüksələ bilməyib - FOTO

Xəbərlər
12 Fevral 2025 18:41
135
Teymur Rəcəbov finala yüksələ bilməyib - FOTO

Şahmat üzrə Azərbaycan çempionatında bütün finalçılar məlum olub.

İdman.biz xəbər verir ki, kişilərin yarışında ikinci finalçı Rauf Məmmədov olub.

O, taybrekdə Teymur Rəcəbovdan güclü olub. Rapid mübarizəsində də heç-heçə qeydə alınıb, armageddonda isə Məmmədov qələbəni bayram edib.

Qadınlarda isə hər iki finalçı tay-brekdən sonra müəyyənləşib. Günay Məmmədzadə Gülnar Məmmədovadan üstün olub - 1,5:0,5.

Digər cütlükdə isə Gövhər Beydullayeva Ülviyyə Fətəliyevaya qalib gəlib - 1,5:0,5.

Sabah start götürəcək həlledici partiyalarda Şəhriyar Məmmədyarov Rauf Məmmədovla, Günay Məmmədzadə isə Gövhər Beydullayevayla qarşılaşacaq. Üçüncü yer uğrunda görüşlərdə Misrətdin İskəndərovla Teymur Rəcəbov, Gülnar Məmmədova isə Ülviyyə Fətəliyeva ilə üz-üzə gələcək.

Oyunlar saat 15-00-da başlayacaq.

İdman.biz