Rəsulovdan İranda növbəti qələbə

Xəbərlər
13 Fevral 2025 11:54
93
Rəsulovdan İranda növbəti qələbə

Azərbaycan şahmatçısı Vüqar Rəsulov İranın Gilan şəhərində keçirilən beynəlxalq "Xəzər dənizi kuboku" (“Caspian Sea Cup”) turnirində növbəti qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, o, ikinci turda qara fiqurlarla yerli şahmatçı Mehrad Baqaiyə qalib gəlib.

Aktivindəki xalları 2-yə yüksəldən Rəsulov 14 şahmatçının yer aldığı liderlər qrupunda qərarlaşıb.

Qeyd edək ki, yarışda 116 iştirakçı qələbə uğrunda mübarizə aparır.

İdman.biz

Məqalədə: