Şahmatçımız Moskva turnirində

Xəbərlər
14 Fevral 2025 17:25
64
Şahmatçımız Moskva turnirində

Aydın Süleymanlı martın 1-6-da Moskvada keçiriləcək “Aeroflot Open” beynəlxalq turnirində çıxış edəcək.

İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçısının 9-cu olduğu yarış reytinqinə rusiyalı Daniil Dubov başçılıq edir.

Turnirdə 127 şahmatçı, o cümlədən 38 qrossmeyster mübarizə aparmağı planlaşdırır.

Qeyd edək ki, Süleymanlı bundan əvvəl “Aeroflot Open”in qalibi olub.

İdman.biz