Çempionatın bağlanış mərasimi keçirilib

Xəbərlər
15 Fevral 2025 20:25
95
Çempionatın bağlanış mərasimi keçirilib

Şahmat üzrə Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib.

İdman. biz xəbər verir ki, tədbir "Landmark" Biznes Mərkəzində baş tutub.

Əvvəlcə çempionata dair videorolik nümayiş olunub. Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov çıxışında çempionatın yüksək səviyyədə təşkilinin ölkəmizdə şahmatın inkişafına mühüm təsir göstərəcəyini bilditib.

Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov çıxışında titullu şahmatçıların çempionatda iştirakına diqqət çəkib və qalibləri təbrik edib.

Daha sonra mükafatlandırma mərasimi baş tutub. Qaliblərə medal, kubok, gül dəstələri və sertifikat təqdim olunub.

Qeyd edək ki, kişilərin mübarizəsində Rauf Məmmədov, qadınların mübarizəsində isə Günay Məmmədzadə qalib gəlib.

Aytac Sahəd
İdman.biz