Men adasında “Gran Swiss” turnirinin VI turunda Azərbaycan şahmatçılarının rəqibləri müəyyənləşib.
İdman.biz-in məlumatına görə, beş oyundan sonra Nicat Abasov, Vasif Durarbəyli və Aydın Süleymanlı hərəyə 2,5 xal toplayıblar.
Rauf Məmmədov onlardan yarım xal geri qalır.
Qadınların mübarizəsində Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva V turda qalib gəliblər. Onların aktivində 3 xal var.
Kişilər arasında "Grand Swiss" turniri
VI tur
Əmin Təbatəbaye (İran) - Vasif Durarbəyli
Nicat Abasov - Manuel Petrosyan (Ermənistan)
Dommaracu Qukeş - Aydın Süleymanlı
Rauf Məmmədov - Şreyas Royal (İngiltərə)
Turnir cədvəli: 1. Hikaru Nakamura (ABŞ), 2. Andrey Esipenko (FİDE), 3. Arcun Erqaisi (Hindistan) - hərəyə 4 xal… 50. Vasif Durarbəyli… 55. Aydın Süleymanlı… 63. Nicat Abasov - hərəyə 2,5.
Qadınlar arasında "Grand Swiss" turniri
VI tur
Günay Məmmədzadə - Sofi Milliet (Fransa)
Ülviyyə Fətəliyeva - Elizabet Paetz (Almaniya)
Gövhər Beydullayeva - Polina Şuvalova (FIDE)
Turnir cədvəli: 1. Bibisara Assaubaeva (Qazaxıstan) - 4,5 xal, 2. Rameşbabu Vaişali (Hindistan), 3. Anna Muzıçuk (Ukrayna) - hərəyə 4, 15. Ülviyyə Fətəliyeva, 18. Günay Məmmədzadə - hərəyə 3 xal.
Nicat Zəkiyev
İdman.biz