Martın 1-6-dа Moskvada Azərbaycan şahmatçısı Aydın Süleymanlının da çıxış edəcəyi “Aeroflot Open” beynəlxalq turnirinin iştirakçı siyahısı yenilənməkdə davam edir.
İdman.biz xəbər verir ki, dünya ikincisi olmuş Yan Nepomnyaşi də yarışa qatılacaq.
O, turnirin reytinq favoriti olub. Bu siyahıda Rixard Rapport (Macarıstan) ikinci, Daniil Dubov (Rusiya) isə üçüncüdür.
Turnirdə oynamaq üçün 142 şahmatçı müraciət edib.
Qeyd edək ki, Süleymanlı bundan əvvəl “Aeroflot Open”in qalibi olub.
İdman.biz