Avropa çempionatında 391 şahmatçı

Xəbərlər
19 Fevral 2025 16:34
93
Avropa çempionatında 391 şahmatçı

Martın 15-26-da Rumıniyada - Eforie Nordda keçiriləcək kişilər arasında şahmat üzrə Avropa çempionatına qeydiyyat davam edir.

İdman.biz xəbər verir ki, indiyə kimi 391 şahmatçı yarışda iştirakla bağlı müraciət edib.

Onların arasında Azərbaycan şahmatçıları Aydın Süleymanlı, Məhəmməd Muradlı, Read Səmədov, Vüqar Manafov, Şiroğlan Talıbov, Xaqan Əhməd, Elmar Atakişiyev, Şahin Vəliyev, Süleyman Süleymanlı və Ümid Aslanov da var.

Reytinq favoriti Boqdan-Daniel Deak (Rumıniya), ikinci Yorden Van Foreest (Hollandiya), üçüncü isə David Navaradır (Çexiya).

İdman.biz