Azərbaycan şahmatçıları dünya çempionatında

Xəbərlər
23 Fevral 2025 15:25
98
Azərbaycan şahmatçıları dünya çempionatında

Sabah Monteneqronun Petrovaç şəhərində yeniyetmələr arasında şahmat üzrə dünya çempionatı start götürəcək.

İdman.biz xəbər erir ki, yarış üçün qeydiyyatdan keçən iştirakçılar arasında Azərbaycan təmsilçiləri Xəzər Babazadə və Şiroğlan Talıbov da var.

61 ölkədən 263 şahmatçının iştirak edəcəyi çempionat İsveçrə sistemi üzrə 11 turda keçiriləcək.

İdman.biz