12 şahmatçımız Avropa çempionatına yollanır

Xəbərlər
24 Fevral 2025 16:58
121
12 şahmatçımız Avropa çempionatına yollanır

Martın 16-da Rumıniyada şahmat üzrə Avropa çempionatı start götürəcək.

İdman.biz xəbər verir ki, Eforie-Nord şəhərində 10 gün davam edəcək qitə birinciliyində Azərbaycanın 12 zəka sahibi mübarizə aparacaq.

Aydın Süleymanlı, Məhəmməd Muradlı, Nicat Abasov, Əhməd Əhmədzadə, Riad Səmədov, Vüqar Manafov, Şiroğlan Talıbov, Xaqan Əhməd, Elmar Atakişiyev, Şahin Vəliyev, Süleyman Süleymanlı və Ümid Aslanov lövhə arxasına keçəcək.

Qeyd edək ki, Avropa çempionatında ilk “20-liy”ə daxil olacaq şahmatçılar Dünya kubokuna vəsiqə qazanacaqlar. Ötən il analoji yarışda Rauf Məmmədov bu hüquqa yiyələnmişdi.

İdman.biz