Məmmədyarovdan Bundesliqada 1,5 xal

Xəbərlər
24 Fevral 2025 17:36
91
Məmmədyarovdan Bundesliqada 1,5 xal

Şahmat üzrə Almaniya Bundesliqasında növbəti 2 turun oyunları keçirilib.

İdman.biz xəbər verir ki, "Vernheym"də çıxış edən azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov hər 2 matçda oynayıb.

Onun komandası IX tur çərçivəsində “Bad Mergentheim”lə qarşılaşıb. Oyun "Vernheym"in 5,5:2,5 hesablı qələbəsi ilə başa çatıb. Birinci lövhədə çıxış edən qrossmeysterimiz Valeri Kazakovski (Litva) ilə heç-heçə oynayıb.

Məmmədyarovun komandası ardınca “Drezden”dən üstün olub - 6,5:1,5. Bu qarşılaşmada Məmmədyarov Mateuş Bartel (Polşa) üzərində qələbə qazanıb.

Nəticədə aktivindəki xalları 15-ə çatdıran "Vernheym" Bundesliqada ikinci pilləyə yüksəlib.

Qeyd edək ki, “Vernhaym”ın heyətində Hikaru Nakamura (ABŞ), Nodirbek Abdusattorov (Özbəkistan), Yan-Kşiştof Duda (Polşa) və digər məşhur şahmatçılar yer alırlar.

İdman.biz