17-ci dünya çempionu Dinq Liren FIDE Circuit reytinqinə başçılıq edir.
İdman.biz xəbər verir ki, reytinqdə şahmatçıların mövsüm boyu göstərdiyi nəticələrə görə xallar toplanır.
Bu ilin ən yaxşı çıxış edən şahmatçı İddiaçılar turnirində oynamaq imkanı qazanacaq.
Hazırkı reytinqdə çinlinin hesabında 40,64 xal var. İkinci yeri 25.00 xalla Rameşbabu Praqqnanandhaa (Hindistan) tutur. İlk üçlüyü dünya çempionu Dommaraju Qukeş (Hindistan, 22.37) tamamlayır.
14,05 xalı olan azərbaycanlı qrossmeyster Aydın Süleymanlı reytinqdə 7-ci yerdədir.
İdman.biz