Sabah Moskvada “Aeroflot Open” beynəlxalq şahmat turniri start götürəcək.
İdman.biz xəbər verir ki, yarışda azərbaycanlı qrossmeyster Aydın Süleymanlı da çıxış edəcək.
Turnirdə ümumilikdə 144 şahmatçı qüvvəsini sınayacaq. İki dəfə dünya çempionu tacı uğrunda matçların iştirakçısı Yan Nepomnyaşi (Rusiya) yarışın reytinq lideridir. Ondan başqa Moskvada Hans Niemann (ABŞ), Rixard Rapport (Macarıstan), Daniil Dubov (Rusiya) və digər aparıcı şahmatçılar da qələbə uğrunda mübarizə aparacaqlar.
İdman.biz