Süleymanlıdan Moskvada uğurlu start

Xəbərlər
2 Mart 2025 11:54
64
Süleymanlıdan Moskvada uğurlu start

Rusiyanın paytaxtı Moskvada “Aeroflot Open” beynəlxalq şahmat turnirinə start verilib.

İdman.biz xəbər verir ki, azərbaycanlı qrossmeyster Aydın Süleymanlı ilk turda rusiyalı Yevgeni Vorobyovu məğlub edərək yarışa qələbəylə başlayıb.

Beynəlxalq usta Rəvan Əliyev isə digər yerli şahmatçı İvan Zemlyanskiyə məğlub olub.

Qeyd edək ki, turnirdə 144 şahmatçı mübarizə aparır.

İdman.biz