Süleymanlının ilk heç-heçəsi

Xəbərlər
2 Mart 2025 19:06
70
Süleymanlının ilk heç-heçəsi

Moskvada “Aeroflot Open” beynəlxalq şahmat turniri davam edir.

İdman.biz xəbər verir ki, azərbaycanlı qrossmeyster Aydın Süleymanlı ilk turda qələbə qazandıqdan sonra rusiyalı Yaroslav Remizovla heç-heçə edib.

O, 1,5 xal toplayıb və 21-ci yerdədir. Rəvan Əliyev 0,5 xalla 117-cidir.

Yarışa iki qələbə ilə başlayan Yan Nepomnyaşi liderdir.

İdman.biz