Ayan Allahverdiyeva dünya çempionatının liderləri sırasında

Xəbərlər
3 Mart 2025 10:23
64
Ayan Allahverdiyeva dünya çempionatının liderləri sırasında

Monteneqronun Petrovaç şəhərində keçirilən gənc şahmatçılar arasında dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan təmsilçisi Ayan Allahverdiyeva altı turdan sonra liderlər qrupunda mövqeyini qoruyub.

Kesaria Mgeladze (Gürcüstan) ilə heç-heçə edən şahmatçımızın hesabında beş xal var. O, eyni nəticəyə malik digər üç iştirakçı ilə birlikdə zirvəyə şərikdir.

Lalə Hüseynovanın 3, Nərmin Abdinovanın isə 2 xalı var. Onlar ilk “50-lik”dən uzaq düşüblər.

Oğlanların yarışında Şiroğlan Talıbov Manuel Kamposa (Kolumbiya) qalib gəlib. Dörd xal toplayan təmsilçimiz 24-cü pillədə qərarlaşıb. Mateu Bodjiyə (Albaniya) qalib gələn Xəzər Babazadə 3,5 xal toplayıb.

İdman.biz