“Sabah” Şahmat Akademiyası 1 yaşının tamam olması münasibətilə “Sabah Chess Cup” rapid turniri keçirib.
İdman.biz xəbər verir ki, yarışın açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, “Bridge Group” Şirkətinin təsisçisi Yaqub Hüseynov, eləcə də “Sabah” Şahmat Akademiyasının rəhbərliyi iştirak ediblər.
Turnirdə şahmat üzrə son ölkə çempionları Rauf Məmmədov, Günay Məmmədzadə, milli komandanın üzvləri Nicat Abasov, Gövhər Beydullayeva, Avropa çempionu Qədir Hüseynov və digər idmançılar mübarizə aparıblar.
Maraqlı mübarizə şəraitində keçən turnirin qalibi hamıdan çox xal toplayan Nicat Abasov olub.
İdman.biz