Arkadi Dvorkoviç: "Şahmatı Olimpiadada görmək istəyirəm"

Xəbərlər
11 Mart 2025 15:56
53
Arkadi Dvorkoviç: "Şahmatı Olimpiadada görmək istəyirəm"

“Şahmatı da Olimpiadanın proqramında görmək istəyirəm”.

İdman.biz xəbər verir ki, bunu FIDE prezidenti Arkadi Dvorkoviç deyib.

O ən böyük arzusunu dilə gətirərək fikrini belə tamamlayıb: "Bu, bütün şahmat ailəsi üçün əsl zirvə olardı".

Qazaxıstanın Tengrinews nəşrinə danışan Dvorkoviç daha bir istəyini bildirib: “Daha bir arzum qadın şahmatı ilə bağlıdır – qadın şahmatçıların da kişilərlə bərabər rəqabət apararaq, vaxtilə Yudit Polqar kimi, dünyanın ən güclü on oyunçusu sırasına daxil olmasını istəyirəm".

O, həmçinin şahmat ictimaiyyətinin qarşısında duran vəzifələrdən danışıb: “Əsas olanlardan biri texnologiyanın sürətli inkişafıdır - süni intellekt və onlayn şahmat oyunu dəyişir, turnirlərin sayı isə o qədər artıb ki, hətta aparıcı şahmatçılar da bəzən həddindən artıq yüklənmə ilə üzləşirlər. İndi dünya çempionatlarının və böyük turnirlərin aydın sistemini qurmaq vacibdir ki, onlar məntiqi şəkildə olsunlar və oyunçular öz hazırlıqlarını planlaşdıra bilsinlər".

İdman.biz