“Baku Open-2025”in mükafat fondu bəlli olub

Xəbərlər
12 Mart 2025 18:03
56
“Baku Open-2025”in mükafat fondu bəlli olub

Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə növbəti dəfə “Baku Open-2025” Beynəlxalq Şahmat Festivalını təşkil edəcək.

İdman.biz xəbər verir ki, beynəlxalq turnir "Baku Crystal Hall"ın sərgi mərkəzində keçiriləcək.

Yarışda şahmatçılar üç qrupda İsveçrə sistemi üzrə 9 turda (A, B və C) mübarizə aparacaq. Festival çərçivəsində veteran şahmatçılar arasında Azərbaycan çempionatı da baş tutacaq.

Aprelin 27-dən mayın 6-dək davam edəcək festivalın ümumi mükafat fondu 55 000 ABŞ dollarına bərabərdir.

Qeyd edək ki, “Baku Open-2025” “Chess Tour Azerbaijan” layihəsi çərçivəsində keçiriləcək yarışlardan biridir.

İdman.biz