Sabah Rumıniyanın Eforie Nord şəhərində kişilər arasında şahmat üzrə Avropa çempionatı start götürəcək.
İdman.biz Avropa Şahmat İttifaqına (ECU) istinadən xəbər verir ki, qitə yarışında iştirak üçün 40 ölkədən 378 şahmatçı, o cümlədən 107 qrossmeyster qeydiyyatdan keçib.
Rumıniyada 13 azərbaycanlı şahmatçı - Aydın Süleymanlı, Nicat Abasov, Məhəmməd Muradlı, Read Səmədov, Əhməd Əhmədzadə, Misrətdin İsgəndərov, Vüqar Manafov, Şiroğlan Talıbov, Xaqan Əhməd, Elmar Atakişiyev, Şahin Vəliyev, Süleyman Süleymanlı və Ümid Aslanov çıxış edəcək.
Həmçinin çempionatda Dünya kubokuna 20 vəsiqə uğrunda mübarizə gedəcək.
İdman.biz