Vişvanatan Anand Rauf Məmmədovla oyun üçün Bakıya gəlir

Xəbərlər
15 Mart 2025 12:12
60
Vişvanatan Anand Rauf Məmmədovla oyun üçün Bakıya gəlir

Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə növbəti dəfə “Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalı baş tutacaq.

İdman.biz xəbər verir ki, festivaldan öncə şahmat dünyasının əfsanəvi simalarından biri, 15-ci dünya çempionu Vişvanatan Anand Bakıya səfər edəcək.

Hindistanlı şahmatçı Azərbaycan çempionatının son qalibi Rauf Məmmədovla rapid və blits partiyalarında üz-üzə gələcək. Vişvanatan Anandla Rauf Məmmədov arasında turnirin aprelin 27-30-da keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, “Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalı “Baku Crystal Hall”da 27 aprel (gəlmə günü) - 6 may (son tur və bağlanış) tarixləri arasında keçiriləcək və şahmatçılar üç qrupda İsveçrə sistemi üzrə 9 turda (A, B və C) mübarizə aparacaq.

Festivalın ümumi mükafat fondu 55 000 ABŞ dollarına bərabərdir.

İdman.biz

Məqalədə: