Azərbaycan şahmatçılarından doqquzu yarışa qələbə ilə başlayıb

Xəbərlər
16 Mart 2025 21:58
50
Azərbaycan şahmatçılarından doqquzu yarışa qələbə ilə başlayıb

Rumıniyanın Eforie Nord şəhərində kişilər arasında şahmat üzrə Avropa çempionatı start götürüb.

İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçılarından doqquzu - Aydın Süleymanlı, Nicat Abasov, Məhəmməd Muradlı, Əhməd Əhmədzadə, Misrətdin İsgəndərov, Read Səmədov, Şiroğlan Talıbov, Elmar Atakişiyev və Xaqan Əhməd yarışa qələbə ilə başlayıblar.

Ümid Aslanov və Vüqar Manafov ilk turda heç-heçə ediblər.

Şahin Vəliyev və Suleyman Süleymanlı isə məğlubiyyətlə başlayıblar.

İdman.biz