Avropa çempionatı: 3 şahmatçımızdan növbəti qələbə

Xəbərlər
17 Mart 2025 10:44
48
Avropa çempionatı: 3 şahmatçımızdan növbəti qələbə

Rumıniyanın Eforie Nord şəhərində kişi şahmatçılar arasında Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın ll turunda Azərbaycanın 3 zəka sahibi növbəti qələbəsini qazanıb.

Məhəmməd Muradlı, Misrətdin İsgəndərov və Riad Səmədov bu turda da qalib gələrək, xallarını 2-yə yüksəldiblər. Onlardan Muradlı əlavə göstəricilərə görə 11-ci yerdə qərarlaşıb.

Nicat Abasov, Əhməd Əhmədzadə və Vüqar Manafov isə komanda yoldaşlarından yarım xal geri qalırlar.

İdman.biz