Azərbaycanlı şahmatçı liderlər sırasında

Xəbərlər
17 Mart 2025 23:50
124
Azərbaycanlı şahmatçı liderlər sırasında

Rumıniyanın Eforie Nord şəhərində kişi şahmatçılar arasında Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, bu gün yarışın 3-cü turu keçirilib.

Azərbaycan şahmatçılarından ən yaxşı Misrəddin İsgəndərov imza atıb. Bu gün növbəti qələbəsini qazanan şahmatçı liderlər qrupunda yer alıb. O, maksimum nəticə göstərən 6 zəka ustasında biridir.

2,5 xal toplayan Məhəmməd Muradlı 23-cü, Raed Səmədov 30-cu, Əhməd Əhmədzadə 43-cü pillədə qərarlaşıb.

3-cü turun nəticələri:

Məhəmməd Muradlı - Sabino Brunello (İtaliya) - 0,5:0,5
Misrəddin İsgəndərov - Mark Maurizzi (Fransa) - 1:0
Riad Səmədov - Stamatis Kurkoulos-Arditis (Yunanıstan) - 0,5:0,5
Yevgeni Zanan (İsrail) - Nicat Abasov - 0,5:0,5
Vüqar Manafov - Əmrə Can (Türkiyə) - 0,5:0,5
Əhməd Əhmədzadə - Yotam Şohat (İsrail) - 1:0
Sofiya Poqorelskix (Serbiya) – Aydın Süleymanlı - 0:1
Yakub Şiman (Polşa) - Şahin Vəliyev - 0,5:0,5
Lui Engel (Almaniya) - Süleyman Süleymanlı - 0,5:0,5
Şiroğlan Talıbov - Egehan Epek (Türkiyə) - 1:0
Elmar Atakişiyev - İtai Sitbon (İsrail) - 0,5:0,5
Xaqan Əhməd - Mark Arseni (İsveçrə) - 0,5:0,5
Ümid Aslanov - Murat Göktürk (Türkiyə) - 0,5:0,5

Üç turdan sonra turnir cədvəli: 1. David Navara (Çexiya), 2. Lorenzo Lodiçi (İtaliya), 3. Baadur Jobava (Gürcüstan), 4. Misratdin İskəndərov - hərəyə 3 xal.

Qeyd edək ki, turnirdə Azərbaycanı 13 şahmatçı təmsil edir. Yarışda 40 ölkədən ümumilikdə 376 şahmatçı mübarizəyə qoşulub.

İdman.biz