Mirzəyev Budapeştdə qələbə ilə başlayıb

Xəbərlər
18 Mart 2025 09:49
53
Mirzəyev Budapeştdə qələbə ilə başlayıb

Azərbaycan şahmatçısı Azər Mirzəyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən “One Week March” turnirinə uğurla başlayıb.

İdman.biz xəbər verir ki, o, ilk turda avstriyalı Benyamin Kinbekə qalib gəlib.

Qrossmeysterlərin A turnirində 10 şahmatçı dairəvi sistemlə mübarizə aparacaq.

Yarışda ABŞ, Hindistan, Qazaxıstan, Fransa, Rusiya, Meksika və Macarıstan təmsilçiləri də çıxış edirlər.

İdman.biz

Məqalədə: