Mirzəyev Budapeştdə yeddincidir

Xəbərlər
19 Mart 2025 10:44
54
Mirzəyev Budapeştdə yeddincidir

Azərbaycan şahmatçısı Azər Mirzəyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən “One Week March” beynəlxalq turnirində iştirak edir.

İdman.biz xəbər verir ki, üç turdan sonra o, bir qələbə, bir heç-heçə və bir məğlubiyyətlə 1,5 xal toplayıb.

Mirzəyev üçüncü oyununda Karlos Merkado (Meksika) ilə sülh bağlayıb.

Qrossmeysterimiz liderlərdən yarım xal geri qalaraq turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.

Qrossmeysterlərin A turniri 10 şahmatçının iştirakı ilə dairəvi sistem üzrə keçirilir.

İdman.biz