Avropa çempionatı: Aydın və Əhməd liderlər qrupuna yaxınlaşıb

Xəbərlər
25 Mart 2025 00:36
134
Avropa çempionatı: Aydın və Əhməd liderlər qrupuna yaxınlaşıb

Bu gün Rumıniyanın Eforie Nord şəhərində kişi şahmatçıların Avropa çempionatında IX turun oyunları keçiriib.

İdman.biz xəbər verir ki, yarışda 13 azərbaycanlı qrossmeyster yüksək yerlər uğrunda mübarizəni davam etdirir.

Ardıcıl iki görüşdə qələbə qazanan Nicat Abasov Frederik Svenlə (Almaniya) qarşılaşıb. Təmsilçimiz bu dəfə yarım xala razılaşıb. Əvəzində Aydın Süleymanlı və Əhməd Əhmədzadə turu qələbə ilə başa vuraraq, turnir cədvəlindəki vəziyyətlərini xeyli yaxşılaşdırıblar. Hesabında 6,5 xal olan hər 3 şahmatçımız liderdən 1 xal geri qalırlar.

Doqquzuncu turun cütləri:
Frederik Sven (Almaniya) - Nicat Abasov - 0,5:0,5
Əhməd Əhmədzadə - İvan Çeparinov (Bolqarıstan) - 1:0
Momçil Petkov (Bolqarıstan) - Aydın Süleymanlı - 0:1
Yan Subelj (Sloveniya) – Məhəmməd Muradlı - 0,5:0,5
Riad Səmədov - Jonas Bjerre (Norveç) - 1:0
Xaqan Əhməd - Denis Kadriç (Monteneqro) - 0,5:0,5
Şiroğlan Talıbov - Luka Moroni (İtaliya) - 0,5:0,5
Misraddin İsgəndərov - Georgios Mitsis (Yunanıstan) - 0,5:0,5
Yaçim Nemeç (Çexiya) – Şahin Vəliyev - 0:1
Ümid Aslanov - Sanjin Kulum (Bosniya) - 0,5:0,5
Yanai Ben Ari (İsrail) - Süleyman Süleymanlı - 0,5:0,5
Vüqar Manafov - Andrey Bonte (Rumıniya) - 0,5:0,5
Elmar Atakişiyev - Yosif Çiosani (Rumıniya) - 1:0

Səkkiz turdan sonra turnir cədvəli: 1. Mattias Bluebaum (Almaniya) - 7,5 xal, 2. Daniil Yuffa (İspaniya), 3. Aryan Tari (Norveç) – hərəyə 7 xal… 17. Nicat Abasov, 20. Aydın Süleymanlı, 22. Əhməd Əhmədzadə – hərəyə 6,5 xal.

İdman.biz

Məqalədə: