Bu gün Rumıniyanın Eforie Nord şəhərində şahmat üzrə Avropa çempionatında sonuncudan əvvəlki - 10-cu turun oyunları keçirilib.
İdman.biz xəbər verir ki, Azərbaycanın dörd şahmatçısı yüksək yerlər uğrunda mübarizəni davam etdirir.
Nicat Abasov növbəti qələbəsini qazanaraq liderə bir az da yaxınlaşıb. Son tur ərəfəsində onu birinci pillədən cəmi yarım xal ayırır.
Turu heç-heçə ilə başa vuran Aydın Süleymanlı və Əhməd Əhmədzadə, həmçinin qələbə qazanan Read Səmədovun hesabında 7 xal var. Son turun nəticələrindən asılı olaraq onlar da turnir cədvəlindəki vəziyyətlətini yaxşılaşdıra bilərlər.
Ümumilikdə 13 şahmatçımızın mübarizə apardığı Avropa çempionatında Dünya kubokuna 20 vəsiqə uğrunda da mübarizə gedir.
Azərbaycan şahmatçılarının 10-cu turdakı rəqibləri:
Aydın Süleymanlı – Stamatis Kurkuulos-Artidis (Yunanıstan) - 0,5:0,5
Əhməd Əhmədzadə - Ediz Gürel (Türkiyə) - 0,5:0,5
Nicat Abasov - Yan Malek (Polşa) - 1:0
Məhəmməd Muradlı - Pol Velten (Fransa) - 0:1
Lorenzo Lodiçi (İtaliya) - Read Səmədov - 0:1
Xaqan Əhməd - Elham Amar (Norveç) - 0:1
Şahin Vəliyev - Boyan Maksimoviç (Bosniya və Herseqovina) - 0,5:0,5
Yonas Byerre (Danimarka) - Şiroğlan Talıbov - 0,5:0,5
Nurgül Səlimova (Bolqarıstan) - Misrətdin İskəndərov - 0:1
Yuraj Druşka (Slovakiya) – Ümid Aslanov - 0:1
Süleyman Süleymanlı - Hasan Çelik (Türkiyə) - 0,5:0,5
Lustin Çiqovean (Rumıniya) - Vüqar Manafov - 0,5:0,5
Andrey Bonte (Rumıniya) - Elmar Atakişiyev - 0,5:0,5
9 turdan sonra turnir cədvəlinin üst sıralarındakı vəziyyət:
1. Mattias Bluebaum (Almaniya) – 8 xal,
2. Daniil Yuffa (İspaniya) - 8.
7. Nicat Abasov - 7,5.
17. Aydın Süleymanlı - 7.
20. Əhməd Əhmədzadə - 7 xal.
27. Read Səmədov - 7 xal.
İdman.biz