Azər Mirzoyev Budapeştdə liderlər arasında

Xəbərlər
27 Mart 2025 10:24
49
Azər Mirzoyev Budapeştdə liderlər arasında

Azərbaycan şahmatçısı Azər Mirzoyev Macarıstanın paytaxtında keçirilən "SixDays Budapest March 2025" turnirində çıxış edir.

İdman.biz xəbər verir ki, o, qrossmeysterlərin B yarışında beş turdan sonra iki qələbə, üç heç-heçə ilə yoluna davam edir.

Mirzəyev 3,5 xalla hindistanlı Krişna ilə birlikdə liderlik edir.

Dairəvi sistem üzrə keçirilən turnirdə ümumilikdə 10 şahmatçı mübarizə aparır.

İdman.biz

Məqalədə: