Azərbaycanlı şahmatçı - Budapeştdə vahid lider

Xəbərlər
28 Mart 2025 10:00
43
Azərbaycanlı şahmatçı - Budapeştdə vahid lider

Azər Mirzoyev Macarıstanın paytaxtında keçirilən "SixDays Budapest March 2025" turnirində vahid lider olub.

İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçısı qrossmeysterlərin B yarışında altıncı turda Vensanq Lini (Çin) məğlub edib.

Mirzoyev 4,5 xal toplayıb və turnir cədvəlinə başçılıq edir.

Dairəvi sistem üzrə keçirilən turnirdə ümumilikdə 10 şahmatçı iştirak edir.

İdman.biz

Məqalədə: