Avropa çempionatına 5 qələbə ilə start

Xəbərlər
31 Mart 2025 22:53
61
Avropa çempionatına 5 qələbə ilə start

Bu gün Yunanıstanın Rodos adasında qadın şahmatçılar arasında şəxsi Avropa çempionatına start verilib.

İdman.biz xəbər verir ki, ilk tur qitə birinciliyinə 8 şahmatçı qatılan Azərbayca yığması üçün uğurlu olub.

Təmsilçilərimizdən 5-i rəqiblərini mat ediblər. Avropa çempionatında yarışın son qalibi Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova və Səbinə İbrahimova qələbə qazanıblar. Gülnar Məmmədova və Nərmin Abdinova yarım xala razı olsalar da, yeganə məğlubiyyət Lalə Hüseynovanın hesabına yazılıb. mübarizə aparacaq.

Avropa çempionatı, 1-ci tur
31 mart

Ülviyyə Fətəliyeva - Elis Deniele Dikens (İngiltərə) - 1:0
Gövhər Beydullayeva - Salomeya Zaksayte (Litva) - 1:0
Gülnar Məmmədova - Anna Xaçataryan (Ermənistan) - 0,5:0,5
Ayan Allahverdiyeva - Panaqiota Kiousi (Yunanıstan) - 1:0
Yona Reçiça (Kosovo) - Türkan Məmmədyarova - 0:1
Marianna Lamprianu (Yunanıstan) - Səbinə İbrahimova - 0:1
Nərmin Abdinova - Lela Cavaxışvili - 0,5:0,5
Lalə Hüseynova - Yolanta Zavatska (Polşa) - 0:1

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçiriləcək yarış 11 turdan ibarət olacaq. Avropa çempionatında ilk 10 yeri tutacaq şahmatçılar Dünya Kubokuna vəsiqə qazanacaq.

İdman.biz