Yunanıstanın Rodos adasında qadınlar arasında şahmat üzrə Avropa çempionatı davam edir.
İdman.biz xəbər verir ki, yarışda səkkiz azərbaycanlı şahmatçı çıxış edir.
Üç turdan sonra Beydullaeva ən yaxşı nəticə göstərərək 3,5 xal toplayıb və liderdən yarım xal geri qalır.
Avropa çempionatından Dünya kubokuna 10 vəsiqə də veriləcək.
Yarışda 34 ölkədən ümumilikdə 137 şahmatçı iştirak edir.
5-ci turda Azərbaycan şahmatçılarının rəqibləri:
Gövhər Beydullayeva - Aleksandra Malçevskaya (Polşa)
Gülnar Məmmədova - Stavrula Tsulakidu (Yunanıstan)
Anastasiya Savina (Fransa) - Səbinə İbrahimova
Ülviyyə Fətəliyeva - Simona Boçniçkova (Slovakiya)
Nərmin Abdinova - Alisa Sliviçka (Polşa)
Ayan Allahverdiyeva - Yoanna Paasikanqas (Finlandiya)
Lalə Hüseynova - Türkan Məmmədyarova
Turnir cədvəlinin üst sıralarında qərarlaşanlar:
1. Elin Röberts (Niderland) - 4 xal, 2. Mai Narva (Estoniya), 3. Anastasiya Kurtadze (Gürcüstan)... 6. Gövhər Beydullayeva - hərəyə 3,5.
İdman.biz