Avropa çempionatı: Beydullayevə uduzub, Məmmədovadan qələbə

Xəbərlər
7 Aprel 2025 23:24
65
Avropa çempionatı: Beydullayevə uduzub, Məmmədovadan qələbə

Yunanıstanın Rodos adasında qadınların şahmat üzrə Avropa çempionatı bir günlük fasilədən sonra davam edir.

İdman.biz xəbər verir ki, yarışda 8 azərbaycanlı şahmatçı - hazırkı titul sahibi Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova, Səbinə İbrahimova, Nərmin Abdinova və Lalə Hüseynova iştirak edir.

7-ci turda Beydullayeva gözlənilməz məğlubiyyət yaşayıb. Hesabında 4,5 xal olan şahmatçı 19-cu pilləyə geriləyib.

Əvəzində Gülnar Məmmədova qələbə qazanaraq, 11-ci yerə yüksəlib.

Turnirdə qalib gələn ilk 10 zəka sahibi Dünya kubokuna vəsiqəni təmin etmiş olacaq.

Qeyd edək ki, yarışda 34 ölkədən ümumilikdə 137 şahmatçı iştirak edir.

7-ci tur
Gövhər Beydullayeva - Lilit Mkrtçan (Ermənistan) - 0:1
Kesariya Mqeladze (Gürcüstan) - Gülnar Məmmədova - 0:1
Paulin Quşar (Fransa) - Səbinə İbrahimova - 0,5:0,5
Ülviyyə Fətəliyeva - Yekaterini Pavlidu (Yunanıstan) - 0,5:0,5
Emiliya Dyak-Sala (Avstriya) - Ayan Allahverdiyeva - 0:1
Nərmin Abdinova - Anjelika Nenova (Bolqarıstan) - 1:0
Andrea Boçniçkova (Slovakiya) - Türkan Məmmədyarova - 0:1
Lalə Hüseynova - Yasmin Şloffer (Avstriya) - 0:1

Turnir cədvəli: 1. Anastasiya Kirtadze (Gürcüstan), 2. Teodora İnjaçMai Narva (Estoniya) - hər ikisi 6 xal, , 3. Bella Xotenaşvili (Gürcüstan) - 5,5 xal, 11. Gülnar Məmmədova - 5 xal, 19. Gövhər Beydullayeva - 4,5 xal

İdman.biz

Məqalədə: