Azərbaycan şahmatçıları İslandiyada

Xəbərlər
8 Aprel 2025 11:48
65
Azərbaycan şahmatçıları İslandiyada

Azərbaycan şahmatçıları sabah İslandiyanın paytaxtında start götürəcək "Reykjavík Open" turnirində iştirak edəcəklər.

İdman.biz xəbər verir ki, Eltac Səfərli və Məhəmməd Muradlı yarış üçün qeydiyyatdan keçiblər.

Doqquz turdan ibarət İsveçrə sistemi üzrə keçiriləcək turnirdə 424 şahmatçı çıxış edəcək.

Yarışın reytinq favoriti Parham Maqsudludur (İran).

İdman.biz