Gimnaziada: Şahmatçılarımızdan 6-cı və 9-cu yer - FOTO

Xəbərlər
8 Aprel 2025 20:22
63
Gimnaziada: Şahmatçılarımızdan 6-cı və 9-cu yer - FOTO

Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında rapid üzrə şahmat yarışları başa çatıb.

İdman.biz-in yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan şahmatçısı Paşam Əlizadə 6-cı yeri tutub.

O, 9 oyundan 5,5 xal toplayıb.

Məryəm Ağaverdiyeva isə 7 turda 3,5 xal yığıb və 9-cu tutub.

Qeyd edək ki, aprelin 10-da Zlatiborda blits yarışı keçiriləcək.

İdman.biz