Azərbaycan şahmatçıları İslandiyanın paytaxtında keçirilən “Reykyavik Open” turnirində çıxışlarına uğurlu başlayıblar.
İdman.biz xəbər verir ki, yarışda ölkəmizi Eltac Səfərli və Məhəmməd Muradlı təmsil edirlər.
Səfərli ilk turda qara fiqurlarla Tomas Villersə (İngiltərə), Muradlı isə ağ fiqurlarla Nilsu Pattnayaka (Hindistan) qalib gəlib.
İsveçrə sistemi üzrə keçirilən və doqquz turdan ibarət olacaq turnirdə 424 şahmatçı iştirak edir.
İdman.biz