Gimnaziada: Şahmatçılarımız 6-cı olub - FOTO

Xəbərlər
10 Aprel 2025 22:12
47
Gimnaziada: Şahmatçılarımız 6-cı olub - FOTO

Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında blits üzrə şahmat yarışları başa çatıb.

İdman.biz-in Zlatibora ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan şahmatçısı Paşam Əlizadə 6-cı yeri tutub.

Təmsilçimiz 9 oyundan 6 xal toplayıb. Məryəm Ağaverdiyeva isə 7 turdan 4 xal yığıb və o da 6-cı olub.

Qeyd edək ki, rapiddə Əlizadə 6-cı, Ağaverdiyeva isə 9-cu pillədə qərarlaşıb.

İdman.biz