Azərbaycan şahmatçısı Məhəmməd Muradlı İslandiyanın paytaxtında keçirilən "Reykjavík Open" turnirində liderlər arasındadır.
İdman.biz xəbər verir ki, o, ilk üç turda Hindistan, Misir və Fransadan olan rəqiblərini məğlub edərək üç qələbə qazanıb.
Daha doqquz iştirakçı 100 faizlik nəticəyə malikdir.
Eltac Səfərli liderlərdən yarım xal az toplayıb.
İsveçrə sistemi üzrə doqquz turdan ibarət olacaq turnirdə 424 şahmatçı çıxış edir.
İdman.biz