Muradlı Reykyavikdə qələbələrini davam etdirir

Xəbərlər
12 Aprel 2025 11:31
49
Muradlı Reykyavikdə qələbələrini davam etdirir

Məhəmməd Muradlı İslandiyanın paytaxtında keçirilən "Reykjavik Open" turnirində liderliyini möhkəmləndirib.

İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçısı qara fiqurlarla türkiyəli Eray Kılıça qalib gələrək ardıcıl 4-cü qələbəsini qazanıb.

Muradlının dörd xalı var və əlavə göstəricilərə görə Abhijeet Guptanı (Hindistan) qabaqlayaraq 1-ci pillədə qərarlaşıb.

Doqquzuncu yerdə olan Eltac Səfərli isə ondan yarım xal geri qalır.

İdman.biz